Çempion dövlət başçısına müraciət edəcək - Bu problemə görə

28 May 2023 22:40 Qarabağ 3 755
Çempion dövlət başçısına müraciət edəcək - Bu problemə görə

“Akademiyanın inşası üçün ərazi müəyyənləşdirmişik.

Düzdür, yolu bir az uzaqdır, Binə ərazisindədir”.

Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl yeni akademiyanın tikintisi ilə bağlı danışarkən deyib.

Klub rəhbərinin ən böyük arzusu inşa olunacaq futbol akademiyasının Suraxanıda – “Azərsun Arena”nın yaxınlığında yerləşməsidir. Bunun üçün müvafiq yer ayrılmalıdır.

Tahir bəy bu məqsədlə cənab Prezident İlham Əliyevə müraciət ünvanlanacağını gizlətməyib:

“Ürəyim, könlüm hazırkı bazamızın yanını istəyir. Ora akademiya üçün əlverişli olar. Futbolçuların gediş-gəlişi, vahid “Qarabağ” ruhunun yaranması üçün, bu, çox önəmlidir.

Bunun üçün cənab Prezidentdən, hörmətli nazirlərimizdən xahiş edəcəyik. Ərazi məsələsi yükunlaşsın, inşallah, bu il inşaata başlayacağıq.

Bunu etsək, prezident olaraq mənim üçün ən önəmli addımlardan biri olacaq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti