“Əsas kişi olmaqdır” - Şahruddin bu sözləri kimin ünvanına dedi? - VİDEO

25 May 2023 20:40 Qarabağ 1 732
“Əsas kişi olmaqdır” - Şahruddin bu sözləri kimin ünvanına dedi? - VİDEO

35-ci turun ən maraqlı olayı “Qarabağ”ın futbolçusu Rmil Şeydayevin adı ilə bağlı oldu.

“Qarabağ” – “Sumqayıt” qarşılaşmasından (1:2) sonra Şeydayev “kimyaçılar”ın legioneri Todor Todoroskidən işlətdiyi cümləyə izah verməsini istəyib.

Münaqişəyə səbəb Todoroskinin “azərbaycanlı futbolçular ağılsızdır” sözlərini dilinə gətirməsi olub. Belədə, Ramil rəqib futbolçudan işlətdiyi ifadəyə görə üzr istəməsini tələb edib.

Hər iki komandanın futbolçularının və polislərinin araya girməsindən sonra baş verə biləcək ciddi insidentin qarşısı vaxtında alınıb.

Hadisə yerindən çəkilmiş videolar sosial şəbəkələrdə maraqla izlənilib ki, Azərbaycan millisinin də şərəfini qoruyan Ramil Şeydayev izləyicilərdən dəstək görüb.

Dəstək verənlərdən biri onun “Qarabağ”dakı komanda yoldaşı Şahruddin Məhəmmədəliyev olub.

Təcrübəli qapıçı səhifələrin birinin rəy bölməsində Ramilin ünvanına “Əsl Azərbaycan kişisi” sözlərini yazıb. Lakin bununla kifayətlənməyib.

Həmin videonu şəxsi “instagram” hesabında da paylaşaraq, görüntüyə rus dilində bu cür şərh verib:

“Əsas kişi olmaqdır, tablodakı ad o qədər də vacib deyil”.

22 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Şeydayevin klubla müqaviləsinin müddəti iyunda başa çatır. Deyilənə görə, o, “Qarabağ”da qalmaqda maraqlı deyil.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti