COP29

Azərbaycanlı sponsorlar “Qalatasaray”ın adını eşidib hərəkətə başladı: “Bu, başqa məsələ”

20 Mart 2023 19:40 Qarabağ 5 792
Azərbaycanlı sponsorlar “Qalatasaray”ın adını eşidib hərəkətə başladı: “Bu, başqa məsələ”

Azərbaycan və Türkiyə futbolsevərləri səbrsizliklə martın 26-sını gözləyir.

Həmin gün Bakı Olimpiya Stadionunda iki ölkənin sevilən komandaları olan “Qarabağ”la “Qalatasaray” qarşılaşacaq.

Oyuna inanılmaz dərəcədə maraq var. Bir sutka ərzində 40 mindən artıq biletin satılması matç saatında arenanın tam dolacağından xəbər verir. Yoldaşlıq-qardaşlıq qarşılaşmasında anşlaq yaşanacağına şübhə yoxdur.

Maraqlıdır, azarkeşləri hansı sürprizlər gözləyir? Stadionla bağlı hansısa yeniliklər müşahidə olunacaq?

BOS-un İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Fərid Əsədzadə Sportinfo.az-a açıqlamasında suallarımızı cavablandırıb:

“Biz tərəfdən hansısa yenilik olmayacaq. Stadion müasir standartlara cavab verən duruma gətirilib.

Meydan sahibi “Qarabağ”ın hansısa yenilik və ya sürpriz düşündüyünü deyə bilmərəm. Açığı, bu barədə məlumatım yoxdur.

Belə bir şeyin baş verəcəyinə də inanmıram. Çünki bilet satışından əldə olunacaq gəlir son qəpiyinə qədər Türkiyəyə göndəriləcək.

Belədə artıq xərcə yol veriləcəyi inandırıcı görünmür. Bəlkə hansısa şirkət şəxsi vəsaiti hesabına azarkeşlər üçün əyləncəli proqram hazırlamaq istəyər, bu, başqa məsələ.

Bildiyimə görə, bu oyuna görə sponsor müraciətləri də var. İnanır və ümid edirəm ki, iki ölkə arasındakı qardaşlıq üçün nümunəvi oyun olacaq”.

Qeyd edək ki, qardaşlıq matçı martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"