SOCAR-ın prezidentinin "Neftçi"yə ŞOK NAMİZƏDİ - Qurban Qurbanov

7 Fevral 2023 14:40 Qarabağ 5 228
SOCAR-ın prezidentinin "Neftçi"yə ŞOK NAMİZƏDİ - Qurban Qurbanov

SOCAR-ın prezidenti və «Neftçi»nin Müşahidə Şurasının yeni sədri Rövşən Nəcəf maraqlı fikrə düşüb.

O, Qurban Qurbanovu paytaxt klubuna qaytarmaq imstəyir.

Neft şirkətiinin rəhbəri bu barədə arzusunu yaxın çevrəsinə bildirib. Nəcəf 14 ildən artıqdır «Qarabağ»ı çalışdıran təcrübəli mütəxəssisi yenidən «Neftçi»də görmək niyyətində olduğunu söyləyib.

Qurbanov 2006-cı ilin yayında «ağ-qaralar»ın sükanı arxasına keçib və 2008-ci ilin əvvəlində buradan ayrılıb.

SOCAR-ın prezidenti əmin olduğunu deyib ki, o, təkrar qayıdışa razılıq versə, «Neftçi»nin həyatında ən parlaq dönəm başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti