“Qarabağ”ın məşqində belə bir hadisə - MARAQLI VİDEO GÖRÜNTÜ

2 Fevral 2023 20:40 Qarabağ 1 273
“Qarabağ”ın məşqində belə bir hadisə - MARAQLI VİDEO GÖRÜNTÜ

“Qarabağ”ın məşqində növbəti maraqlı görüntü qeydə alınıb.

Bu dəfə Kabo Verde millisinin üzvü Leandro Andrade Azərbaycan dilindən istifadə edib.

Klubun Mətbuat və Marketinq Departamentinin əməkdaşı Mehman Əşrəfov məşqdən çəkiliş edəndə Andradeyə “neçə nömrəli formanı geyinirsən” sualını verib.

Leandro “15” sözünü düzgün tələffüz edincə, özü də buna sevinib.

Ümumiyyətlə, əvvəl və indi “Qarabağ”ın legionerlərində azərbaycanca açar söz olub.

Ansi Aqolli “qaqa”dan istifadə edirdisə, Kadi Borgesi sevdirən “nuş olsun” idi. Luka Quqeşaşvili niyə və hansı əsasla deyir,

iddia etmək çətindir, amma ən sevdiyi söz “yandırır”dır. Riçard Almeydanın “necəsən, qaqaş”ına da çox rast gəlmişik.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?