"Neftçi" ilə oyun qabağı "Qarabağ"ı SEVİNDİRƏN XƏBƏR

24 Sentyabr 2022 23:40 Qarabağ 3 237
"Neftçi" ilə oyun qabağı "Qarabağ"ı SEVİNDİRƏN XƏBƏR

"Qarabağ"da milli komandanın Slovakiya və Qazaxıstanla oyunlarına görə komandaya verilən istirahət dünən başa çatıb.

12 futbolçunun yığmalara çağrılması səbəbindən son çempion az sayda futbolçu ilə hazırlaşmalı olub.

Bu məqam məşqçilər korpusunun ürəyincə olmasa da, onları sevindirən məqam da yox deyil.

Belə ki, uzun müddətdir zədəli olan Maksim Medvedev və Kevin Medina komanda ilə məşqlərə başlayıb.

Düzdü, kapitan hələ də qismən komanda ilə hazırlaşa bilir. Amma Kolumbiyalı müdafiəçi tam olaraq hazırdı və bütün gücü ilə məşqlərdə iştirak edir.

Hətta onun Premyer Liqanın qarşıdakı turunda "Neftçi" ilə oyunda meydana çıxmasında heç bir problem yoxdur.

İndi qalır baş məşqçi Qurban Qurbanovun ona şans verməsi.

Premyer Liqanın 8-ci turunda baş tutacaq "Qarabağ" - "Neftçi" görüşü 1 oktyabr, 18:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti