“Qarabağ” Kadini bu yay satacaq? – İsrail mediasından iddia

1 İyul 2022 20:20 Qarabağ 1 030
“Qarabağ” Kadini bu yay satacaq? – İsrail mediasından iddia

“Hapoel” (Beer-Şeva) Kadi Borges üçün “Qarabağ”a yeni təklif etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu haqda “Israel Hayom” saytı məlumat yayıb.

Daha öncə yayılan xəbərə görə, “Hapoel” braziliyalı yarımmüdafiəçi üçün Ağdam təmsilçisinə 400 min avro təklif edib.

“Israel Hayom” saytı iddia edir ki, “Qarabağ” Kadiyə görə daha yüksək təzminat tələb edib.

“Bununla belə, “Hapoel” onu da anlayır ki, braziliyalı oyunçunun “Qarabağ”la müqaviləsi gələn yay başa çatır. Əgər müqavilə uzadılmasa, o, azad agent kimi başqa kluba pulsuz keçəcək.

Ona görə də “Qarabağ” Kadini bu yay sata bilər. “Hapoel” yenidən Azərbaycan klubuna müraciət etmək barədə düşünür.

İmtina cavabı olacağı halda, İsrail klubu alternativ variantlar axtaracaq” – deyə yazıda bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti