“Qarabağ”a yeni gələn razı deyil: “Elə də çox oynamadım”

24 May 2022 16:40 Qarabağ 1 324
“Qarabağ”a yeni gələn razı deyil: “Elə də çox oynamadım”

“Karyeramda ilk dəfə ölkə çempionu oluram.

Bu, sözlə ifadə edilməsi çətin olan hisdir. Davamını gətirmək mütləqdir”.

“Qarabağ”ın qış fasiləsində heyətinə qatdığı Rüstəm Əhmədzadə Sportinfo.az-a açıqlamasında ilk çempionluğunu şərh edib.

21 yaşlı hücumçu digər komanda yoldaşlarından fərqli, “qızıl”da əsas pay sahiblərindən ola bilmədi. Komandaya qışda qoşuldu, ardınca zədələr və müharibə əhvalını korladı.

Rüstəm növbəti illərdə “köhlən atlar”ın bir parçası olacağına ümid etdiyini bildirib:

“İlboyu çəkilən zəhmətin qarşılığı çempionluqla gələndə adama xoş olur. Düzdür, mən komandaya sonradan qoşuldum, elə də çox oynamadım.

Amma bu sevinci yaşamaq, komanda yoldaşlarımın sevincinə şərik olmaq unudulmaz hislər bəxş edir”.

Rüstəm Əhmədzadə qışda qatıldığı “Qarabağ”ın heyətində Premyer Liqada 6 oyunda 206 dəqiqə top qovub, ölkə kubokunda isə 1 matçda 30 dəqiqə şans qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti