“Qarabağ” Polşa təmsilçisi ilə bərabərə qaldı

25 Yanvar 2022 20:30 Qarabağ 889
“Qarabağ” Polşa təmsilçisi ilə bərabərə qaldı

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Polşa təmsilçisi “Visla” ilə görüşəcək.

Krakov klubu ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Matç iki deyil, üç hissədən ibarət olacaq. Komandalar arasında bununla bağlı razılıq əldə edilib.

Öncədə Ağdam təmsilçisinin bu gün iki matç keçirməsi nəzərdə tutulmuşdu. Lakin Çexiya “Bohemians”ı ilə saat 12:00-da başlamalı olan görüş ləğv edilib. Buna Antalyada yağan güclü qar səbəb olub. Meydanın qar altında qalması üzündən görüşü keçirmək mümkünsüzə çevrilib.

Qeyd edək ki, “Qarabağ” bunadək üç oyun keçirib. “Qaz Metan”la (Rumıniya) qolsuz heç-heə edən ağdamlılar “Baçka Topola”ya (Serbiya) 0:1, “Şlensk”ə (Polşa) 2:3 hesabı ilə uduzub.

Yoxlama oyunları
25 yanvar

17:45. “Qarabağ” – “Visla” (Krakov, Polşa)0-0

İstifadə edilə bilməyən penalti: Yan Kliment, 53

"Qarabağ": Luka Quqeşaşvili, Marko Veşoviç, Maksim Medvedev(k), Kevin Medina, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi, Abdella Zubir, İbrahima Vadji

Digər Xəbərlər
Xəbər Lenti