"Qarabağ"ın 3-cü transferi - Portuqaliyalı yarımmüdafiəçi

13 Yanvar 2022 11:10 Qarabağ 1 137
"Qarabağ"ın 3-cü transferi - Portuqaliyalı yarımmüdafiəçi

“Qarabağ” daha bir legionerin transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leandro Andrade ilə müqavilə imzalanıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi “Çerno More”dən (Bolqarıstan) transfer edilib.

22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade “Qarabağ”da 15 nömrəli formada çıxış edəcək.

Premyer Liqanın lideri bunadək Rüstəm Əhmədzadə və Luka Quqeşaşvilini heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu