Növbəti zəfərə aparan sonuncu döyüş - çətindi, amma...

8 Dekabr 2021 09:40 Qarabağ 1 457
Növbəti zəfərə aparan sonuncu döyüş - çətindi, amma...

Həmin gün gəlib çatdı.

Təbii ki, futbolla maraqlanan hər bir azərbaycanlı, bu gününün hansı gün olduğunu gözəl bilir.

Konfrans Liqasının qrup mərhələsinin püşkü atılandan, əhəmiyyətli tarix olaraq "Qarabağ" üçün qüvvəyə minmişdi. Düzdü, qrup oyunlarında möhtəşəm çıxışı ilə yadda qalan ağdamlılar, bir neçə dəfə bu günün əhəmiyyətini puç etməyə yaxın olsa da, bacarmamışdı.

Belə ki, Bakıda "Bazel"in məğlub edilməsi an məsələsi olmuş, amma sonda qonaqlar bir xalla vətənə qayıtmağa nail olmuşdu. Sonrakı qarşılaşmalarda dəfələrlə liderliyi təmin edə bilməyimiz üçün uyğun ssenari yaransa da, son anda ya "Qarabağ" şansını əldən vermiş, ya da "Bazel" öz şansını geri qaytarmağı bacarmışdı. Sabah isə nə əldən vermək, nə də geri qayıtmaq olmaz. Ancaq irəli!

Avropada illərdi üzümüzü ağ edən Qurban Qurbanovun yetirmələri sabah növbəti tarixi yazmaq üçün İsveçrədə meydana çıxacaq. Növbəti dəfə "Qarabağ" adı ilə irəli addım atmaq üçün mübarizə aparacaq.

Pley-offa çıxışını təmin edən komandamız, lider kimi 1/8 finala yüksəlmək şansını da əldən buraxmaq istəmir. Niyə də olmasın?

Açığı, şərtlər o qədər də asan deyil. Səfərdə oynayacağıq, rəqib kifayət qədər sanballı komandadır və son dönəmlər uğurlu çıxışla yadda qalır. Bunlardan əlavə, Bakıya bir neçə itki ilə gələn rəqibimiz bu gün tam heyətlə meydanda olacaq. Və hakim(lər) amili...

Elə ən təhlükəli və qorxulusu da sonuncu məqamdır. Bütün bunların fonunda meydana çıxmaq və uğur qazanmaq böyük qəhrəmanlıq tələb edir. Bunu isə "Qarabağ"ın ifasında az görməmişik. Növbəti zəfərin üçün, irəli "Qarabağ". Sabah milyonlarla insanın duası səninlə olacaq. Ümid edək ki, sonda zəfər də sənin timsalında hamımızın olacaq!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı