"Şahruddin buna hazır olmalıdır" - Sabiq "Qarabağ"lı ona MƏSLƏHƏT VERDİ

26 Noyabr 2021 22:40 Qarabağ 1 595
"Şahruddin buna hazır olmalıdır" - Sabiq "Qarabağ"lı ona MƏSLƏHƏT VERDİ

"İlk öncə onu deyim ki, son zamanlar Şahruddin həm milli komandada, həm də "Qarabağ"da uğurlu çıxışla yadda qalır.

Öz oyunu ilə sübut edir ki, hazırda ölkəmizin "bir nömrəsi"dir".

Bunu Sportinfo.az-a açıqlamasında Konfrans Liqasının dünən baş tutan "Qarabağ" - "Omoniya" matçında Şahruddin Məhəmmədəliyevin yol verdiyi kobud səhvə münasibət bildirərkən Fərhad Vəliyev deyib.

"Qarabağ"ın sabiq qolkiperi məlum qol epizodu ilə bağlı sözlərinə belə davam edib:

"Dünən buraxılan qolda Məhəmmədəliyev vurulan zərbəyə hazır deyildi. Rəqib oyunçunun əməyini də xüsusi vurğulamaq lazımdır ki, qapıçının önə çıxdığını gördüyü anda dəqiq zərbə endirdi.

Amma düşünürəm ki, komandan hesabda öndə olan məqamda belə səhvə yol vermək olmazdı. Şahruddinin daha diqqətli olması lazımıydı".

Uzun müddət Azərbaycan milli komandasının da qapısını qorumuş veteran qapıçı, hazırda ciddi tənqidlərlə üz-üzə qalan həmkarına məsləhətlər verməyi də unutmadı:

"Şahruddini həm milli komanda, həm də "Qarabağ"la qarşıda çox oyunlar gözləyir. Tənqidlər bu gün var, sabah da olacaq. Bu qaçılmazdır.

O, buna hazır olmalıdır. Etdiyi səhvdən nəticə çıxarmalı və gələcək oyunlarda daha diqqətli olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti