“Qarabağ“lı çağırış etdi: “Ruhumuzu qaldırsınlar, bizə əzm versinlər“

16 Sentyabr 2021 13:20 Qarabağ 538
“Qarabağ“lı çağırış etdi: “Ruhumuzu qaldırsınlar, bizə əzm versinlər“

“Bazel”lə oyunda bizə daha çox azarkeş lazım olacaq.

Ruhumuzu qaldırsınlar, bizə əzm versinlər“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ“ın yarımmüdafiəçisi Qara Qarayevə aiddir.

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək. Azərbaycanın qitə miqyaslı turnirlərdəki ən yaxşı təmsilçisi Konfrans Liqasının qrupunda mübarizəyə başlayacaq.

Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupuna düşən Qurban Qurbanovun yetirmələri ardıcıl 8-ci mövsümdə əsas raundda start verəcək.

Ağdamlılar təsnifat mərhələlərini keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü bərbad vəziyyətdə olduğundan Bakı Olimpiya Stadionuna çıxacaq.

Təmsilçimiz İsveçrə “Bazel”i ilə görüşəcək. Qarayev müsbət nəticəyə ümid bəsləyir:

“Bazel” qrupun favoritlərindəndir. Ancaq biz də meydana qələbə üçün çıxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var