"Onun sabah meydançada sözünü deyəcəyinə inanıram"

15 Sentyabr 2021 23:40 Qarabağ 683
"Onun sabah meydançada sözünü deyəcəyinə inanıram"

"Qarabağ" sabah Konfrans Liqasının qrup mərhələsində ilk görüşünə çıxacaq. Rəqib qrupdakı əsas rəqibimiz İsveçrənin "Bazel" klubudu..

U-19 yığmasının baş məşqçisi Elxan Abdullayev matçla bağlı düşüncələrini Sportinfo.az-la bölüşüb:

"Bazel" qrupun favoriti sayılır. Amma "Qarabağ" "Bazel"dən də güclü rəqiblərlə oynayıb. "Qarabağ" üçün belə sınaqlar ilk deyil.

Açığı, komandamızın yaxşı nəticə əldə edəcəyinə inanıram. Düzdür, rəqib güclüdür. Hər şey bu oyundan asılı deyil. Ancaq yaxşı olardı ki, "Qarabağ" sabah meydandan xalla ayrılsın.

Məncə, Qurban Qurbanovun yetirmələri bunu bacara bilər. Heyətə yaxşı yeni transferlər də edilib. İbrahima Vadji son oyunda özünü yaxşı tərəfdən göstərdi.

Şəxsən mən sabah onun meydançada öz sözünü deyəcəyinə inanıram. Ümumi olaraq, komandanın da durumu yaxşıdır. Baxımlı və gözəl oyun gözləyirik. Belə oyun proqnoz vermək çətindir".

Abdullayev oyunun Bakı Olimpiya Stadionunda keçirilməsinə də toxunub:

"Meydança amili önəmlidir. Son oyunlar göstərdi ki, "Tofiq Bəhramov"da oynamaq qeyri-mümkündür. "Qarabağ" texniki futbola üstünlük verir. Bu baxımdan BOS yaxşı seçimdir. "Qarabağ"a bu görüşdə uğurlar arzu edirik".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu