Daha bir azərbaycanlı futbolçu Rusiyanın bu klubunda

31 Yanvar 2025 02:00 Qadın futbolu 859
Daha bir azərbaycanlı futbolçu Rusiyanın bu klubunda

Azərbaycanın qadınlardan ibarət millisinin daha bir üzvü, Diana Məmmədova karyerasını Rusiya Superliqası təmsilçisi "Rubin"də davam etdirəcək.

Spotinfo.az xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü Superliqanın digər təmsilçisi "Yenisey"də keçirən 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

D.Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub.

Daha əvvəl Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da "Yenisey"dən "Rubin"ə transfer olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM