COP29

“Neftçi”yə 11 qol vuran, kubokun başına dolanan "Sabah"ın qızları - VİDEO+FOTOLAR

26 May 09:50 Qadın futbolu 547
“Neftçi”yə 11 qol vuran, kubokun başına dolanan "Sabah"ın qızları - VİDEO+FOTOLAR

U-17 Qızlar Liqasında mövsümə yekun vurulub.

"Sabah”ın qızlardan ibarət komandası liqanın final oyununda “Neftçi” ilə qarşılaşıb.

Binə stadionunda keçirilən matç Mehdi İbrahimovun baş məşqçisi olduğu komandanın böyükhesablı qələbəsi ilə nəticələnib (11:0).

Görüşdə qollara Xanım Əsədova (6), Mədinə Curuqova (2), Tərgül Qəniyeva (2) və Aysu Əsədova imza atıblar.

Liqanın bombardiri "Sabah"ın hücumçusu Xanım Əsədova (67 qol) olub.

Matçdan sonra masazırlı qızlar elə meydanın ortasında şölən təşkil edib. Çempionluq sevincini bir bölüşüblər, gəl görəsən!

Kuboku əlində tutmuş komanda yoldaşlarını dövrələməyə alaraq, onun başına fırlanıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"