"Sabah"ın qızları da “qan edir”!

20 May 2024 23:20 Qadın futbolu 986
"Sabah"ın qızları da “qan edir”!

U-17 Qızlar Liqasında mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası liqanın final oyununda “Neftçi” ilə qarşılaşıb.

Binə stadionunda keçirilən matç Mehdi İbrahimovun baş məşqçisi olduğu "Sabah"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 11:0.

Qolları Xanım Əsədova (6), Mədinə Curuqova (2), Tərgül Qəniyeva (2) və Aysu Əsədova vurub.

Liqanın bombardiri "Sabah"ın hücumçusu Xanım Əsədova (67 qol) olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu