Millimiz makedoniyalı qızlara böyük hesabla uduzdu

11 Mart 2022 18:00 Qadın futbolu 1 165
Millimiz makedoniyalı qızlara böyük hesabla uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Şimali Makedoniya ilə qarşılaşıb.

Albaniyada təşkil olunan matç Zamir Həsənovun yetirmələri üçün uğursuz alınıb. 0:3 hesabı ilə uduzan yığmamız turnir cədvəlində sonuncu pilləyə yuvarlanıb.

İlk turda Albaniyaya 0:1 hesabı ilə uduzan Azərbaycan millisi martın 14-dəki son qarşılaşmasında Şotlandiya ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti