AFFA “köhnə top” xəbərinə isti-isti REAKSİYA VERDİ: “Gecikdi, araşdırma aparılacaq”

18 Yanvar 2025 12:40 Problem 1 064
AFFA “köhnə top” xəbərinə isti-isti REAKSİYA VERDİ: “Gecikdi, araşdırma aparılacaq”

AFFA-nın U-13 Liqasında mübarizə aparan komandalara köhnə top paylaması haqda xəbərlər yayılıb.

Sosial şəbəkələrdə əksini tapan görüntülər birmənalı qarşılanmayıb.

Federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli Sportinfo.az-a bununla bağlı açıqlama verib:

«U-13 Liqasındakı məsələ ilə bağlı qeyd etmək istərdik ki, bunlar ehtiyat toplardır. Hər hansı fors-major vəziyyətdə istifadə olunur.

Bu gün səhər saatlarında yeni toplar gətirilməli idi. Oyunların vaxtında başlaması, gecikməməsi üçün birinci hissələr ehtiyat toplarla oynanıldı.

Növbəti oyunlarda artıq komandalar yeni toplarla təmin olundular.

Topların gec gəlməsi ilə bağlı tərəfimizdən araşdırma aparılacaq və müvafiq addımlar atılacaq».

usaq-liqasinda-toplarin-yararsiz-olmasi-tenqid-edildi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı