“Sülh müqaviləsi güclü olduğumuz zaman imzalanmalıdır"

24 Aprel 2023 03:50 Problem 925
“Sülh müqaviləsi güclü olduğumuz zaman imzalanmalıdır"

Rəsmi Bakı növbəti dəfə xoş məram göstərərək, Qarabağdakı erməni icmasını dialoqa çağırıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsində Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.

Bu barədə Prezident Administrasiyası məlumat yayıb.

İlk görüş martın 1-də Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə keçirilmişdi. Bakı növbəti görüşün Bakıda keçirilməsini təklif etdi. Lakin Xankəndindən adekvat münasibət sərgilənmədi.

İkinci analoji təklifə hələ ki reaksiya yoxdur. Ancaq şübhəsizdir ki, dialoqda maraqlı olmayan, iki xalqın barışığına ən böyük əngəl məhz Rusiya və onun Qarabağda himayə elədiyi kriminal rejimdir. Kremlin Qarabağa atdığı Ruben Vardanyan tipli “desant”lardır.

Təsadüfi deyil ki, Bakının erməni icması ilə dialoq təşəbbüsü ilə bağlı rəsmi Moskva bir dəfə də olsun təqdiredici bəyanat yaymayıb. Ki, belə bir dialoqu dəstəkləyirik. Eləcə də Kremlin müdafiə elədiyi radikal separatçı ünsürlər, separatçıbaşı Araik Arutyunyan və digərləri.

Yeri gəlmişkən, Bakının təkidlərindən sonra “vəzifəsi”dən qovulan, lakin hələ də Qarabağda sülənən Vardanyan dialoq təklifinin səsləndiyi gün Azərbaycanın ünvanına növbəti hədyanlar səsləndirib.

Məsələn, deyib ki, Bakı ilə inteqrasiya tərəfdarı olan istənilən erməni Qarabağdan qovulmalıdır - özü qarabağlı olmaya-olmaya! Yəni dialoqa tərəfdar olanları faktiki terrorla hədələyib.

Vardanyana görə, Azərbaycan separatçılar arasında parçalanma yaradıb, müxtəlif qrupları bir-birinə qarşı qoymağı bacarıb. O, hətta sırtıqcasına Bakıya qarşı müharibədən danışıb:

“Sülh müqaviləsi güclü olduğumuz zaman imzalanmalıdır. Bu təzyiq məhz "hökumətə" yönləndirilməlidir. Əgər biz 100% güclə savaşsaq, göstərəcəyik ki, qul deyilik. Bundan sonra yanımızda müttəfiqlərimiz olacaq".

Erməni milyarder-dələduz həmçinin Rusiya sülhməramlılarının Qarabağda uzun müddətə saxlanılması üçün ciddi işlər görülməli olduğunu bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu