Sürətlə yayılır, artıq 2 ölkədə... Dünya QORXU İÇİNDƏ!

21 Aprel 2023 12:30 Problem 781
Sürətlə yayılır, artıq 2 ölkədə... Dünya QORXU İÇİNDƏ!

Dünyada 6 milyondan çox insanın həyatına son qoyan və bir müddət həyatı donduran COVID-19-un təsirləri artıq arxada qalıb. Lakin dünyanın müxtəlif yerlərində koronavirusun fərqli variantları ortaya çıxmaqda davam edir.

Son zamanlar Hindistanda ortaya çıxan yeni variant dünyada narahatlığa səbəb olub.

İngiltərədə də rast gəlinən XBB.1.16 - “Artcturus” adlı variantın omikrondan törədiyi bildirilir.

Artıq Hindistanın bəzi bölgələrində koronavirusun yeni variantına görə yenidən maska taxmaq tələbi qoyulub.

İngiltərədə isə sözügedən varianta son bir ayda 50 yoluxma hadisəsi aşkarlanıb.

Britaniya qəzetlərinə danışan Şərqi İngiltərə Universitetinin professoru Paul Hunter ilk dəfə Hindistanda əmələ gələn variantın hələ ki, bütün dünyaya yayılmadığını deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə yanvarın sonunda ortaya çıxan "Arcturus"a yoluxma hadisələrini yaxından izlədiklərini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu