“Mühafizəçi, tribunada nağara çalan gəlib məşqçi olur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında milinin sabiq müdafiəçisi Mahir Şükürov deyib.
O, AFFA-nın təşkil etdiyi kateqoriya kurslarından narazılığını ifadə edib.
“Osman Rəhimov dünən tərcüməçi idi, bu gün kurs keçir, kateqoriya verir.
Yusif Vəliyev mən futbol oynayanda akademiyada balışların üzünü dəyişirdi, bu gün aşağı yaş qruplarından ibarət komandaların çempionatlarına cavabdehlik daşıyır.
Ona görə də futbolumuz bu gündədir və mən də kənarda dayanıb seyr edirəm”.

