“İrəvan ərazi iddiasının olmadığını dedikdə sülh bərqərar olacaq”

19 Aprel 2023 13:30 Problem 848
“İrəvan ərazi iddiasının olmadığını dedikdə sülh bərqərar olacaq”

“Beynəlxalq ictimaiyyət Ermənistan ərazisini tanıdığını bildirdikdə, İrəvan isə heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığını dedikdə, Ermənistan və region üçün sülh bərqərar olacaq”.

Bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülhə nail olmaq 4 qonşu ölkə ilə normal münasibətlərə sahib olmaqdır.

Paşinyan qeyd edib ki, burada söhbət Gürcüstan və İranla əməkdaşlığın gələcəkdə dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi