Beynəlxalq İdman Mətbuatı Assosiasiyası İrəvandakı barbarlıq aktından yazdı

18 Aprel 2023 02:50 Problem 548
Beynəlxalq İdman Mətbuatı Assosiasiyası İrəvandakı barbarlıq aktından yazdı

Sportinfo.az xəbər verir ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) rəsmi saytı İrəvanda baş vermiş insidentdən bəhs edilib.

AIPS Medianın məlumatına görə Avropa İdman Mətbuatı İttifaqı - AIPS Europe prezidenti Çarlz Kamenzuli Ermənistanın paytaxtı İrəvanda Avropa Ağır Atletika Federasiyasının Konqresində iştirak edib.

Ç. Kamenzuli konqresdə çıxış edərək, qitə yarışları zamanı idman mediasının rolunu vurğulayıb, idman mediasının hazırda üzləşdiyi aktual problemlərdən danışıb.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasını neqativ insident adlandıraraq, hadisənin yarışa mənfi başlanğıc yaratmasını və Avropa Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi tərəfindən pisləndiyini, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bəyanatla çıxış etməsini xüsusi vurğulayıb.

Konqresdən sonra AİPS Europe rəsmi səhifələrində bu barbarlıq aktını pisləyən bəyanat yayıb.

Konqres zamanı AAF prezidenti Antonio Conflitti və baş katibi Milan Mixaylovicin iştirakı ilə AAF və AIPS Europe arasında anlaşma memorandumu imzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu