Bu xəbər "Kəpəz"sevərlərin qanını qaraldacaq – ÜRƏK AĞRIDAN VİDEO MƏNZƏRƏ

17 Aprel 2023 16:20 Problem 2 467
Bu xəbər "Kəpəz"sevərlərin qanını qaraldacaq – ÜRƏK AĞRIDAN VİDEO MƏNZƏRƏ

Gəncə şəhər stadionunun meydançası daha da bərbad vəziyyətə düşüb.

Bir müddət əvvəl sıradan çıxan qazon indi görənlərin ürəyini ağrıdır.

«Kəpəz» azarkeşləri ot örtüyünün son durumunu əks etdirən görüntüləri çəkərək redaksiyamıza göndərib.

Dəhşətli kadrlardır. Çəkilişdən bəlli olur ki. meydança futbol sahəsindən daha çox, əkin tarlasına oxşayır.

«Kəpəz» ən yaxşı halda doğma şəhərə 1 ay sonra dönə biləcək. Peşəkar Futbol Liqası komandanın Premyer Liqa çərçivəsində 2 ev oyununu Qəbələyə salıb.

Dünən «Turan Tovuz»la derbi matçını məhz bu rayonda keçirdilər. «Sumqayıt»la növbəti qarşılaşma da Qəbələdə təşkil olunacaq.

Açığını demək lazımdır ki, qazonun hazır vəziyyətə gətirilməsi vaxt alacaq. Bəlkə də 1 ay bəs etməyəcək.

Böyük ehtimalla, «Kəpəz»in Gəncəyə qayıdışı yeni mövsümün əvvəlinə - avqust ayına təsadüf edəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu