“Paşinyan bütün günahı hərbi dairələrin üstün yıxmaq istəyir”

16 Aprel 2023 07:20 Problem 488
“Paşinyan bütün günahı hərbi dairələrin üstün yıxmaq istəyir”

“Paşinyan hökumətinin yeganə məqsədi tənqidləri mümkün qədər özündən yayındırmaq və günahı başqalarının üzərinə yıxmaqdır”.

Bu fikrin müəllifi Ermənistan parlamentinin üzvü, müxalifyönlü deputat Tiqran Abramyandır.

“Sərhəd qoşunlarının komandanının tutduğu vəzifədən azad olunması barədə siyasi qərar hansı məqsədlə verilib?”,-deyə Abramyan sual edib.

Erməni deputatın fikrincə, burada tək məqsəd günahdan yayınmaq, onu aşağı həlqələrə, xüsusən də hərbi dairələrin üstünə atmaqdır.

Paşinyan hökuməti öz xalqına qarşı düşmənçiliyi ilə dağıtmaqda məhv etməkdə və yeni itkilər qeydə almaqda davam edir”, - deyə Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu