“CBC Sport” daha bir ŞOK XƏBƏR ALDI – Təəssüf, kəsildi!

15 Aprel 2023 20:20 Problem 8 434
“CBC Sport” daha bir ŞOK XƏBƏR ALDI – Təəssüf, kəsildi!

“CBC Sport” ilin əvvəlindən bəri ciddi problemlər yaşayır.

AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun nəzarətindən çıxan telekanal böyük maliyyə sıxıntısı ilə üzləşib.

Təqribən 2 ay öncə işçi heyətində ixtisar aparılmışdısa, artıq əməkhaqqı və qonorarların ödənilməsində də çətinliklər mövcuddur.

Kanal rəhbərliyi buranın işçisi olan, həmçinin xidməti müqavilə əsasında çalışan və əməkldaşlığa cəlb edilən digər personalın əlavə qazanc yerini qapadıb.

Belə ki, onlara qonorarın ödənilməsi dayandırılıb. Bunun nə qədər belə davam edəcəyi naməlumdur.

Ola bilsin, 1 ay. Ola bilsin, 1 il. Hər halda kollektiv üzvlərinin diqqətinə çatdırılıb ki, kanalın vəziyyəti qeyri-müəyyəndir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu