“Ölümcül xəstə olduğumu eşidəndə çox ağladım - Daim stress keçirirəm, kabusun içindəyəm”

15 Aprel 2023 15:20 Problem 763
“Ölümcül xəstə olduğumu eşidəndə çox ağladım - Daim stress keçirirəm, kabusun içindəyəm”

İsveçli futbolçu Yesper Byorkman ciddi bir xəstəlikdən – amiotrofik yanal sklerozdan (ALS) əziyyət çəkir.

Sportinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi özü “Helsingborgs Dagblad”a danışıb.

Byorkman ötən ilin dekabrında bu xəstəliyə düçar olub. “Gefle”nin sabiq futbolçusu əvvəlcə sol qolunda zəiflik hiss edib və bunu əvvəllər körpücük sümüyünün zədələnməsi ilə əlaqələndirib.

Amma onurğa beyninin müayinəsi zamanı ona ALS diaqnozu qoyulub. Bu xəstəlik sağalmazdır və onun daşıyıcıları simptomların başlanmasından iki-beş il ərzində vəfat edirlər.

Byorkman bu barədə belə deyib: “Xəstə olduğumu eşidəndə çox ağladım, ölümcül xəstə olduğumu qəbul edə bilmədim.

Dəhşətli idi. Psixoloqda olmuşam. Necə olduğumu soruşanlara cavab vermək mənim üçün çətindir.

Daim stress keçirirəm. Sanki kabusun içindəyəm. Onunla yaşamağı öyrənməliyəm.

Çətin də olsa, gündəlik həyatıma davam edirəm. Arzularımı həyata keçirməyə çalışıram”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi