"Qalatasaray"da çıxış edən azərbaycanlıdan AFFA-ya etiraz: "Özümüzü sahibsiz hiss edirik"

14 Aprel 2023 20:40 Problem 1 516
"Qalatasaray"da çıxış edən azərbaycanlıdan AFFA-ya etiraz:

"Qalatasaray" futbol akademiyasında çıxış edən Kənan Həsənov diqqətsizlikdən şikayət edib.

Bu barədə azərbaycanlı yeniyetmənin adına olan sosial şəbəkə hesabında paylaşım edilib.

Narazılığın ümvanı isə AFFA olub. Məlum postu olduğu kimi sizə təqdim edirik:

"Çıxıb televiziyalarda uşaq futbolunun inkişafından danışırsız. Ancaq üzdə olan və inkişaf etməyə istiqamət almış uşaqlara sahib çıxmırsınız.

Mənəvi olaraq dəstək olmursunuz. Çox təəssüf ki, sahibsizik. AFFA-ya dəfələrlə müraciət etməyimizə baxmayaraq ən azından bir cavab yazmağı belə özünə sığışdırmır.

Bu davranışlarınız ilə uşaq futbolunun inkişaf edəcəyini gözləyirsiz? İnanın ki, artıqmbu yaşda futbola başlamadan futbolu buraxmaq istəyirik. Sahibsiz insana sahib çıxan onsuz da olmur".

Kənan Həsənov İstanbul nəhənginin U-12 komandasında top qovur. O, "Qalatasaray"da çıxış edən ilk azərbaycanlı kimi tarixə düşüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu