Premyer Liqaya namizəd AFFA və PFL ilə bu məsələdə ANLAŞDI

13 Aprel 2023 14:40 Problem 1 097
Premyer Liqaya namizəd AFFA və PFL ilə bu məsələdə ANLAŞDI

I Divizionda çempionluğu vaxtından əvvəl təmin edən «Araz Naxçıvan» AFFA və Peşəkar Futbol Liqası (PFL) ilə razılığa gəlib.

Tərəflər arasında anlaşmaya görə, bölgə klubunun növbəti mövsüm Premyer Liqada iştirakı dəqiqləşərsə, əvəzedici və gənclər komandası ev oyunlarını Bakıda keçirəcək.

Buna səbəb Naxçıvan stadionunda aparılacaq yenidənqurma tədbirləridir. Bu işlər 1 ilə yaxın vaxt aparacağından Muxtar Respublikanın təmsilçiləri rəqiblərini regionda qəbul edə bilməyəcək.

Üstəlik, AFFA və PFL nəzərə alıb ki, Naxçıvana mütəmadi səfərlər Premyer Liqanın digər klublarının büdcəsinə mənfi təsir göstərəcək.

Çünki bunun üçün əlavə vəsait tələb olunur. Federasiya hazırda I Divizion iştirakçılarının Naxçıvana yollanması üçün gərəkən bütün məsrəfləri qarşılayır.

Gələn sezon Gənclər Liqasında yarışan komandaların da bölgəyə səfərini təmin eləmək AFFA-nın özü üçün də çətinlik yaradır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu