Premyer Liqaya gəlmək istəyən klubda daha bir ciddi “çp” tapıldı - VİDEO

12 Aprel 2023 18:00 Problem 1 429
Premyer Liqaya gəlmək istəyən klubda daha bir ciddi “çp” tapıldı - VİDEO

Premyer Liqaya hazırlaşan “Araz Naxçıvan”da növbəti “çp” aşkarlanıb.

I Divizionun yeni çempionu ev oyunlarını keçirdiyi Naxçıvan şəhər stadionunda ucuz “led”lərdən istifadə edib.

Bölgəyə səfər eləyən AFFA və Peşəkar Futbol Liqasının ekspertləri arenanın təftişini apararkən, çatımazlıqları üzə çıxarıb.

Məlum olub ki, ötən ilin payzında stadiona quraşdırılan projektorlar müasir tələblərə cavab vermir.

Işıqlandırma sisteminin qurulmasında əsasən keyfiyyətsiz və ucuz materiallardan istifadə olunub, nəticədə meydançanın işıq təminatı istənilən səviyyəyə çatmayıb.

Belədə yaşıl sahənin çox hissəsi qaranlığa qərq olub.

“Araz Naxçıvan” tez bir müddətdə problemi aradan qaldırmalıdır. Hər halda təşkilatçı qurumlar Muxtar Respublika təmsilçisindən indi bunu tələb edir.

SPORTİNFO.AZ

BU LİNKƏ DAXİL OL, VİDEONU İZLƏ:

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi