Cinayətkarın mesajı - Elxan Məmmədov qanun qarşısında cavab verməli olacaq

12 Aprel 2023 17:00 Problem 3 325
Cinayətkarın mesajı - Elxan Məmmədov qanun qarşısında cavab verməli olacaq

Aprelin 10-da İTV-də yayımlanan və ölkə futbolunun hazırkı durumunun müzakirəsinə həsr olunmuş “Sabaha saxlamayaq” verilişi kifayət qədər maraqlı alındı.

Saytımızın redaktoru İlkin Xəlilovun da qatıldığı və səsləndirdiyi özünəməxsus fikirləri ilə rənq qatdığı proqramda AFFA-nın keçmiş baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak etməliydi. Daha doğrusu, telefon bağlantısında olmalıydı.

Hazırda FİFA-nın Parisdəki ofisində ali futbol qurumunun rəsmisi kimi çalışan AFFA-nın ömürlük ideoloqu assosiasiyada işləmədiyini deyib, telefonda üzə çıxmaqdan imtina etdi. Yekunda atmaca atıb, acıq verməyi də unutmadı: “gələcəkdə ehtiyac olsa, beynəlxalq təcrübəmi sizinlə bölüşə bilərəm”.

Elxan Məmmədov bu davranışı ilə cinayətkar obrazını məharətlə canlandırmış oldu.

14 il AFFA-da baş katib vəzifəsini yerinə yetirən, ölkə futbolunun bütün nöqtələrinə barmaqlarını və əllərini qoyan, milliləri və klubları özündən asılı vəziyyətə salan, yaxın çevrəsini ölkə futbol təsərrüfatında işlə təmin edən, əcnəbi mütəxəssislərin yığmalara gətirilməsində yaxından iştirak edən adamın bu gün “ölkə futbolu barədə danışa bilmərəm” söyləməsi, kobud desək, cinayət əməlidir.

Məmmədovun etdiyi, adı müxtəlif cinayətlərdə hallanan, cinayətkar qruplaşmanın başında dayanan, neçə-neçə ölüm işində yaxından iştirak edən, lakin sonradan əməllərini başqa ölkədə davam etdirmək üçün vətənini tərk edib, yaşadığı yerdən “mən daha orada yaşamıram” mesajını verən baş killerin davranışı ilə eynidir.

İllərdir birlikdə çalışdığı çiyin yoldaşı Rövnəq Abdullayevin SOCAR-dakı vəzifəsinin əlindən alınmasında duyuq düşən kimi AFFA-dakı postunu qoyub Parisə qaçan Elxan Səhlaboğlu indi özünü heç nə olmamış kimi aparır.

Sanki ölkə futbolunda yaşananlardan xəbəri yoxdur, dağıdılan milyonlara görə cavabdehlik daşımır.

Ölkə rəhbərliyi təhlükəsizlik işlərini elə qurub ki, ən qatı cinayətkarlar belə, yerin deşiyindən tapıb məsuliyyətə cəlb olunur.

Bir gün Elxan Məmmədov da Azərbaycan futbolunu məhvə sürüklədiyi, dövlətin pullarını dağıtdığı üçün qanun qarşısında cavab verməli olacaq.

Hə, bax onda “mən FİFA-nın əməkdaşıyam” mesajını yazıb, sonuna smaylik qoymaq mümkün olmayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu