SƏRT İTTİHAM: “Onlar da imtahan verir, mən də - Mənim onlardan nə fərqim oldu?”

10 Aprel 2023 16:40 Problem 1 740
SƏRT İTTİHAM: “Onlar da imtahan verir, mən də - Mənim onlardan nə fərqim oldu?”

“Kateqoriya kurslarina Azərbaycanda qatılmaq fikrim yoxdur.

Ukraynaya getmək istəyirdim, əvvəl koronavirus dönəmi başladı, sonra da Rusiya ilə müharibə. Ona görə də gedə bilmədim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Mahir Şükürov futbolçu karyerasını başa vurandan sonra kateqoriya kurslarına qatılmaması ilə bağlı danışarkən deyib.

Ötənlərin “4 nömrə”si kurslara qatılmaq istəməməsinin səbəbini dərs verənlərdən birinin Osman Rəhimov olması ilə əlaqələndirir.

Həmin şəxs ki, Şükürov millinin şərəfini qoruyanda, o, AFFA-da tərcüməçi kimi çalışırdı. Məhz buna görə Şükürov Rəhimovun qarşısında dayanıb imtahan vermək istəmir.

Söhbət zamanı Mahirə dünya futbolunda bu cür halların yaşandığını, Osman kimilərin, yəni vaxtilə top dalınca qaçmayanların hazırda pedaqoqluq fəaliyyəti göstərdiyini xatırladanda cavabı belə oldu:

“Hər kəsin öz fikri var, mənim fikrim də budur. Demişəm, yenə deyirəm, mən Osmanın dərsində oturmaram.

Kimsə kateqoriya almaq üçün onun qarşısında imtahan verirsə, öz işidir. Şəxsən mən bunu qəbul etmirəm.

Bilirsiz necədir? Hər adam öz işi ilə məşğul olmalıdır. Qapıda mühafizəçi dayanan, tribunada azarkeşləri qızışdıranlar bu gün gəlib kateqoriya alır.

Onlar da gedib imtahan verir, mən də. Onda mənim onlardan fərqim nə oldu?

Bəlkə də qayda-qanun belədir. Amma mən bunu qəbul etmirəm".

Vaxtilə “Şəfa”, “Karvan”, “Neftçi”, “Qəbələ”, “İnter”, “Xəzər Lənkəran”, “Olimpik” kimi yerli komandaların formasını geyinən, “Antalyaspor”, “Anji”, “Karşıyaka”da legioner həyatı yaşayan Mahir Şükürov 2004-2014-cü illər aralığında 76 matçda Azərbaycan millisinin şərəfini qoruyub və 4 qola imza atıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu