Azərbaycanlı futbolçu ilə baş məşqçi arasında İNSİDENT: "Başa düşdüm ki…"

10 Aprel 2023 13:20 Problem 1 045
Azərbaycanlı futbolçu ilə baş məşqçi arasında İNSİDENT: "Başa düşdüm ki…"

“Ximki”nin azərbaycanlı futbolçusu Ayaz Quliyev sabiq baş məşqçisi Spartak Qoqniyevlə münaqişəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə "Championat" nəşrinə müsahibəsində bildirib.

Quliyev insidentin komandaya təsir etmədiyini söyləyib: "Qoqniyevlə münaqişəmizin səs yazısı sosial şəbəkədə qarşıma çıxdı. Amma baxmadım və ciddiyə almadım".

Orta xətt oyunçusu həmin hadisədən çox şey öyrəndiyini sözlərinə əlavə edib: "Başa düşdüm ki, bir insan qəzəblənirsə, onu qızışdırmaq lazım deyil".

Klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi olan Ayaz Quliyevin Azərbaycan millisində çıxış edəcəyi gözlənilir.

2022-ci ilin sentyabrında "Ximki"nin baş məşqçisi təyin olunan Qoqniyev aprelin 3-də istefaya göndərilib.

Mütəxəssis və futbolçu arasındakı insident Türkiyənin Belek şəhərindəki təlim-məşq toplanışı zamanı baş verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu