Xankəndindəki separatçıların bu yeri məhv etmək planı

7 Aprel 2023 03:50 Problem 1 755
Xankəndindəki separatçıların bu yeri məhv etmək planı

Xankəndidəki separatçı rejim Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktına başlayıb.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında olan ərazilərdə elektroenerji istehlakını dəfələrlə, sürətlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb.

Bu barədə “Trend”in məlumatında deyilir. Sərsəng su anbarı qurumaqdadır və bu, eyniadlı su-elektrik stansiyasının fəaliyyətini də ciddi risk altına alır.

Ümumiyyətlə, Xankəndidəki separatçı rejimin həyata keçirdiyi ekosid nəticəsində son 28 ildə Sərsəng su anbarında suyun səviyyəsi 25,4 metr aşağı düşüb.

Mütəxəssislərin hesablamalarına görə, anbarın su ilə doldurularaq normal səviyyəyə çatdırılması üçün minimum iki il gərəkdir.

Separatçılar

Separatçı rejimin “Su komitəsi sədri” Georgi Ayriyayan “Azatutyun”a açıqlamasında etiraf edib ki, Sərsəngdə suyun səviyyəsinin aşağı düşməsinin daha da sürətlənməsinin əsas səbəbi elektroenerji istehsalının artırılmasıdır.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı 30 il ərzində 35 kiçik və orta su-elektrik stansiyası inşa etmişdi. Həmin stansiyaların istisnasız olaraq hamısı işğal edilmiş ərazilərimizdə yerləşirdi. 44 günlük Vətən müharibəsi nəticəsində su-elektrik stansiyalarının 30-nun yerləşdiyi ərazilər üzərində Azərbaycanın nəzarəti bərpa edildi. Sərsəng SES isə hələlik rusiyalı sülhməramlı kontingentin kontrolundakı ərazilərdə qalıb. Separatçı rejimsə elektroenerji təminatında əsas mənbə qismində Sərsəng su-elektrik stansiyasından istifadə edir.

Xankəndidəki separatçı rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında “yaranmış vəziyyətlə əlaqədar olaraq” Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq.

Ekspertlər hesab edir ki, bu, aşkar şantaj və ekosid xəbərdarlığı sayıla bilər.

Xatırladaq ki, mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 min hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su elektrik stansiyası tikilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu