Tez-tez qrip olanlara çarə tapıldı - AÇIQLAMA

6 Aprel 2023 16:30 Problem 652
Tez-tez qrip olanlara çarə tapıldı - AÇIQLAMA

“Əgər tez-tez qrip olanlar varsa, mütləq oktyabr-dekabr ayları arasında vaksin olunmalıdırlar”.

Bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Həkimin sözlərinə görə, immuniteti təbii yollarla yanaşı dərman preparatları ilə də gücləndirmək olar:

“Lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qida rasionunun formalaşmasıdır. Eləcə də yuxu rejiminə fikir vermək, aktiv həyat keçirmək önəmlidir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu, həkim nəzarəti olmadan edilməməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi