Azərbaycan klubunun ərəblərlə məhkəmə çəkişməsində SON DURUM

6 Aprel 2023 21:00 Problem 1 723
Azərbaycan klubunun ərəblərlə məhkəmə çəkişməsində SON DURUM

“Sabah“ın Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunu məhkəməyə verməsi barədə xəbər vermişdik.

FİFA Azərbaycan təmsilçisinin şikayət ərizəsinə baxıb və təmsilçimizin xeyrinə qərar çıxarıb.

Lakin “Əl Əyn” tərəfi bu qərardan CAS-a şikayət edib. İdman Arbitraj Məhkəməsi (CAS) hələ ki, bu məsələ ilə bağlı qərarını açıqlamayıb".

Bütün bunlar Bəhlul Mustafazadəyə görədir. Belə ki, ilyarım əvvəl ərəblər millimizin müdafiəçisi ilə müqavilə imzalasa da, qısa müddət sonra onun transferindən rəsmən imtina edib.

BƏƏ klubuna keçdiyi üçün Mustafazadənin “Sabah”la müqaviləsi də ləğv olunmuş hesab edilib. Bu üzdən də müdafiəçi azad agent statusuna yiyələnib və “Qarabağ“ın yolunu tutub.

Hadisələrin belə axarından narazı olan “Sabah” FİFA-ya şikayət edib. Masazır təmsilçisi “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə quruma müraciət ünvanlayıb. Tələb 600 min avroluq təzminatın ödənilməsidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi