“Bu söhbətlərin detallarına varmaq istəməzdim, çünki…” - De Byazi - Qara problemi

1 Oktyabr 2022 02:30 Problem 861
“Bu söhbətlərin detallarına varmaq istəməzdim, çünki…” -  De Byazi - Qara problemi

AFFA-nın baş katibi Sərxan Hacıyev "Qarabağ"ın futbolçusu Qara Qarayevin millinin son toplanışına çağırılmamasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, S.Hacıyev qol.az-a verdiyi müsahibədə bildirib ki, Qara Qarayev Azərbaycanın vacib futbolçularından biridir:

"Aşağı yaş qruplarından ibarət komandaların heyətindən başlayaraq A milli komandaya qədər uzun yol keçib və layiqincə çıxış edib.

Qara, eyni zamanda, “Qarabağ”ın da aparıcı üzvlərindən biridir. Qara Qarayevin hazırda milli komandaya dəvət olunub-olunmamasına gəlincə, bu məsələ tam olaraq baş məşqçinin səlahiyyətinə aiddir.

Bəli, millinin oyunları ərəfəsində həm baş məşqçi ilə söhbətimiz olub, həm də bir müddət öncə “Qarabağ”ın ev oyunlarının birindən sonra Qara Qarayev ilə ayaqüstü, ümumi söhbət etmişik.

Lakin bu söhbətlərin detallarına varmaq istəməzdim. Çünki yekun qərar baş məşqçi tərəfindən verilir".

Digər Xəbərlər
Xəbər Lenti