Azərbaycandan qeyri-qanuni silahlı ermənilərlə bağlı qəti xəbərdarlıq!

9 Mart 2023 03:20 Gündəm 836
Azərbaycandan qeyri-qanuni silahlı ermənilərlə bağlı qəti xəbərdarlıq!

“Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinin ötən gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletenə münasibətində bildirib.

“Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaq. Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir.

Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir” - açıqlamada deyilir.

Digər Xəbərlər
Xəbər Lenti