"Onun problemi beynindədir” - "Legiya"nın baş məşqçisi Mahiri tənqid etdi

4 Dekabr 2021 13:20 Problem 945
"Onun problemi beynindədir” - "Legiya"nın baş məşqçisi Mahiri tənqid etdi

"Növbəti matçda da Emreli və Pexartın birlikdə oynamaq şansı var.

Artıq hər ikisi ilə bu barədə danışmışam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın baş məşqçisi Marek Qolebiyevski Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə çexiyalı hücumçu Tomaş Pexartın gözlənilən məhsuldarlığı göstərməmələri barədə danışarkən deyib.

Qolebiyevski daha əvvəl də Mahir Emrelini tənqid edib.

Ön xətt oyunçularına irad bildirən 41 yaşlı mütəxəssis deyib ki, forvardlar istənilən fürsətdən yararlanmaq üçün hər zaman hazır olmalıdırlar:

“Mahir Emreli və Tomaş Pexartın problemi beyinlərindədir, çünki çox düşünürlər. Onlarla danışıram, suallar verirəm. Hücumçunun beyni həmişə təmiz olmalıdır.

Nəyin bahasına olursa- olsun, qol vurmalı olduğunu düşünməkdənsə, hər vəziyyətdən yararlanmağa çalışmalıdır. Ümid edirəm ki, bu dəyişəcək.

"Həmçinin onlar düşünməməlidirlər ki, ayağına düşən hər topu qapıya vursun. Ümid edirəm ki, tezliklə hücumçu keyfiyyətlərini yaxşılaşdıracaqlar".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!