"Mübarizə zamanı o, məni geri itələdi, mən də onu vurdum"

27 Sentyabr 2021 02:52 Problem 1 060
"Mübarizə zamanı o, məni geri itələdi, mən də onu vurdum"

Məşhur britaniyalı hakim Mark Klattenburq həmkarı Martin Atkinsonla bir dəfə necə dava etdiyini deyib.

Sportinfo.az xəbər verir ki, referi bunları deyib:

"Mənimlə Atkinson arasında siyasi müharibə oldu. Heç vaxt barışmadıq. Bir dəfə futbol zalında beş-beşə oynadıq.

Mübarizə zamanı o, məni geri itələdi. Mən də onu vurdum. Düzdür, o andan etibarən həmişə bir-birimizə hörmətlə yanaşdıq, amma dostluqdan söhbət gedə bilməzdi.

Baş verənləri unutmaq əvəzinə mənə qarşı sərt davranmağa başladı. Onun karyerasın üçün təhlükə olanda və təzyiqlər artanda bu hiss daha da gücləndi.

Avropadakı matçların birində Atkinsonun köməkçilərindən biri təyinat aldığım oyunda dördüncü hakim idi. Atkinsona hər şey barədə hesabat verdiyini bilirdim".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var