Yolu Bakıdan düşən Hakim "əxlaqsızlıq yuvası"nda tutulub - FOTOLAR

19 İyun 2021 20:00 Problem 2 634
Yolu Bakıdan düşən Hakim "əxlaqsızlıq yuvası"nda tutulub - FOTOLAR

Avro-2020-də qrup mərhələsinin 3-cü turunun İsveçrə - Türkiyə qarşılaşmasının hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, matçı idarə edən sloveniyalı Slavko Vinçiç, köməkçiləri isə Tomaz Klançnik və Andraz Kovaçiç olacaq.

Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakiminin Bastian Dankert (Almaniya) olacağı bildirilir.

Oyun bazar günü saat 20:00-da keçiriləcək.

Slavko Vincic ötən il polis əməliyyatı zamanı tutulub. O, icazəsiz evdə təşkil olunan partidə saxlanılıb.

Məlumata görə, Bosniya və Herseqovinanın Bjeljina şəhərində əxlaqsızlıq yuvada keçirilən əməliyyat zamanı saxlanılan Slavko Vincicin olduğu evdən həm də silah aşkarlanıb.

Hakim isə sözügedən evə iş görüşməsi üçün getdiyini və heç nədən xəbəri olmadığını bildirib.

Serb qızları əxlaqsızlıq üçün təşkil olanan məclislərə aparması ilə tanınan Tijana Ajfon adlı qadının da həmin partidə olduğu deyilirdi.

Digər Xəbərlər
Xəbər Lenti