UEFA-ya təminat verdi: "Vəziyyətin yaxşılaşdığına dair siqnal aldıq"

7 Aprel 2021 17:00 Problem 652
UEFA-ya təminat verdi: "Vəziyyətin yaxşılaşdığına dair siqnal aldıq"

AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan İtaliyanın paytaxtı Roma azarkeşlərlə bağlı UEFA-ya təminat verib.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina qurumun rəsmi saytına açıqlamasında deyib.

Funksioner tərəfdarların stadiona buraxılması qərarına görə yerli Səhiyyə Nazirliyinə təşəkkür edib: "Vəziyyətin yaxşılaşdığına dair siqnal aldıq, dərhal UEFA-ya bildirdik".

Romadakı "Olimpiko" Stadionu A qrupunda İtaliya millisinin 3 oyununu, həmçinin 1/4 finalın bir görüşünü qəbul edəcək.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu