Stuxlikomaniya.- Əliyar o vaxt Əliyar olardı ki…

3 Mart 2021 09:40 Problem 748
Stuxlikomaniya.- Əliyar o vaxt Əliyar olardı ki…

Son turlar hakim səhvlərindən komandalar, baş məşqçilər fəryad qoparır.

Hamısı yox, xeyirlərinə qərar verilənlər niyə danışsın, onlara sərfəlidir.

Möhtərəm Frits Stuxlik AFFA-da 3-ü ilini dövrə vurur. Müqaviləsi 2 illik idi, federasiya rəhbərliyinə sərf etdiyindən, illəri uzadıldı.

Avstriyalı narazılıqları görərək, məcbur edilib ki, müsahibə də versin. Medianı, ictimaiyyəti epizodları düz görməməkdə kor bilib.

Belə yerdə deyərlər, kor özünsən! Xaqani Məmmədov da belə edirdi: bir az sərt, bir az yumşaq, "top əli tapdı", "əl topu tapdı" deyərək, milləti yola verirdi.

İndi ekrandan özü hakim səhvlərini şərh edir. AFFA-nın suyu belədir: içəridə olanda şəffaflıq dadı fışqırıq vurur, çölə atılan kimi bulandırdıqları suyu görüb fışqlrıq çalırlar.

Stuxlik strukturdan, etdiyi dəyikliklərdən, UEFA konvensiyasından, kağız-qələmdən elektonlaşdırmaya keçiddən danışıb. FİFA referilərinə çatanda, ilişib.

SOCAR-da direktorlardan maliyyəyə kimi baş vurub, tez-tələsik elit kateqoriyadan qaçıb keçib Yunanıstana. Əliyar Ağayevin Ellada ölkəsində idarəçiliyini inanılmaz uğur sayıb.

Burada futbol cəhənnəmə, milli dəyərlərə tüpürülür. 44 günlük Vətən müharibəsində kimin dost, kimin düşmən mövqedə olduğu üzə çıxdı.

Yunanıstan ermənilərə açıq dəstək verdi. Səfirləri Bakıdan evə döndü. O səfir ki, AFFA-dakılarla "cici-bacılıq" edirdi.

Əliyar Ağayev Türkiyədə, Ukraynada, bədəbəddə Qazaxıstanda hakimlik etsəydi, alqışlayardıq.

Əliyar istedadlı hakimdir. Göndərilir, gedib idarəçiliyini edir. Bəs milli qürür, vətənpərvərlik?

Kamal Umudlu, digər hakimlərimiz düşmənlə döyüşəcək, Əliyar Ağayev düşmənə bir olan ölkədə öz karyerasını düşünəcək, avrolarını qazanacaq?

Pakizə. Stuxlik də bunu möhtəşəm uğur sayacaq.

Xeyir ola? Əliyar o vaxt Əliyar olardı ki, bu səfərdən imtina edərdi, milli qürurunu ortaya qoyardı. Bu, rəsmi UEFA təyinatı deyil. Kamal Umudlunun "Şərəf dəhlizi"ndən meydana çıxması daha şərəflidir, nəinki Əliyar Ağayevin Ellada sərgüzəştləri.

Milli dəyərlər Stuxlikin qulağına da deyil. Onu Azərbaycana gətirən AFFA da ondan geri qalmır. Bunların Qarabağ sevgisi, Şuşada süni futbol meydanları salmaqdan o tərəfə keçmir.

Belələrinin yanında F.Stuxlik ictimai nəzarəti, medianı da kor sayar, hələ dövlətinə "Bayrakdar"ların motorlarının verilməməsilə bağlı raport da yazar. Niyə də yox?!

Stuxlik AFFA-da yavaş-yavaş Lippertin mənəvi yerini tutmaqdadır. Biri minlərlə futbolçu "hazırlayıb" aradan çıxdı, avstriyalı da gedəndə, yüzlərlə hakim "miras"ı qoyub dabanəlialtı aradan çıxacaq.

Hələ o vaxta çox var. Təzə-təzə həvəsə gəlib. Deyilənə görə, yeni mövsümdən hakimlər üçün mavi rəngdə formalar sifariş verməyə hazırlaşır. Buradakı "ağsaqqal"ının Məmmədovun "dobrosu" qalıb bircə.

"Qəbələ" finişə kimi penalti vurmasa, "Sumqayıt" avrokuboklara vəsiqə qazansa, "Zirə" son turlarda meydana çıxartmağa futbolçu tapmasa, "Keşlə" kuboku qazansa, minimum finalda olsa, "Sabah" son pillədə qərarlaşsa, Əliyar Ağayev yenidən Yunanıstana səfər etsə, Kamal Umudluya oyun verilməsə, bir tura eyni hakim iki dəfə təyinat alsa, mütləq həll ediləcək.

AFFA-nın stuxlikomaniya sevgisi, avstriyalının çırtma çaldığı fış-fışa mənzilinin "göy"lərindən keçir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı