"Bakı" ilə "Neftçi"nin MÖHTƏŞƏM FİNAL "TOY"U VİDEO

18 May 2020 19:16 Premyerliqa 1 049
"Bakı" ilə "Neftçi"nin MÖHTƏŞƏM FİNAL "TOY"U VİDEO

11 may, 2012-ci il. Azərbaycan kubokunun final oyunu.

"Neftçi" və "Bakı" Mərdəkandakı "Dalğa Arena"da qarşılaşdı. "Neftçi" kubokun finalına Premyer Liqanın ardıcıl olaraq 2-ci dəfə qalibi, "Bakı" isə 6-cı yerin sahibi kimi çıxırdı.

Bu mənada püşklə nominal meydan sahibi olan "ağ-qaralar" 8 illik fasilədən sonra mövsümü "qızıl dubl"la başa vurmaq istəyirdi.

Görüşün baş hakimi Əliyar Ağayevin start fitindən sonra oyunda tədricən üstünlüyü ələ alan "Bakı" 8-ci dəqiqədə Kokenin vurduğu qolla hesabı açdı.

Sonra hücuma keçən "Neftçi" matçın 27-ci dəqiqəsində qapısında daha bir qol gördü. Junior uzaqdan vurduğu möhtəşəm qolla hesab arasındakı fərqi iki

topa çatdırdı. Fasilədən sonra isə tərəflərin səylərinə baxmayaraq başqa qol olmadı - 0:2. Beləliklə, "Bakı" tarixi ərzində 3-cü dəfə finala yüksələn "zolaqlılar" bu dəfə də fəxri mükafata sahib çıxaraq mövsümü titulla başa vurdu.

Sportinfo.az həmin oyunda vurulan qolları təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı