"Bu qələbə ilə kifayətlənmək olmaz"- ZAUR HƏŞİMOV

8 Dekabr 2019 18:10 Premyerliqa 665
"Bu qələbə ilə kifayətlənmək olmaz"- ZAUR HƏŞİMOV

"Üçüncü oyundur ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəkli olmasıdır. Şadam ki, qələbə qazandıq. Böyük hesablı qələbə gözləmirdim".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 14-cü turunda "Səbail" üzərində 4:1 hesablı qələbə qazanan "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib. Həşimov "Səbail"lə qarşıdakı kubok duelindən də danışıb:

"İstəyirəm ki, "Səbail" ötənilki gücünü qaytarsın. Bir komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdır. Həmin matç daha çətin olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM