Baş məşqçi klubda qaldı, futbolçular getməyə hazırlaşır - KÜTLƏVİ NARAZILIQ

09:50 Premyerliqa 233
Baş məşqçi klubda qaldı, futbolçular getməyə hazırlaşır - KÜTLƏVİ NARAZILIQ

"Karvan-Yevlax"ın Premyer Liqanı tərk edəcəyi böyük ölçüdə dəqiqləşib.

Əbəs deyil ki, artıq Birinci Liqa ilə bağlı bəzi planlar tutulub.

Məsələn, aran təmsilçisi elitanı tərk etsə belə, baş məşqçi postunda dəyişiklik gözlənilmir.

Kollektiv aşağı liqada da Füzuli Məmmədovla yola davam edəcək.

Rəhbərliyin bu qərarı futbolçuları narazı salıb.

Çünki oyunçular çalışdırıcının yanaşmasından narazıdır.

Xüsusilə matçların gedişində onun futbolçulara kəskin irad bildirməsi birmənalı qarşılanmır.

Bu hərəkət fayda vermək bir kənara, mənfi təsir göstərir.

Hətta bəzi oyunçular mövsümün sonu sırf Məmmədova qalacaq deyə, "Karvan-Yevlax"dan ayrılmağı planlaşdırır.

48 yaşlı mütəxəssis 12-ci turda Azər Həşimovun istefaya göndərilməsindən sonra "Karvan-Yevlax"da baş məşqçi olub.

O, arxada qalan 13 turda yevlaxlılara 1 qələbə belə qazdıra bilməyib.

Füzuli Məmmədovun rəhbərliyi altında "Karvan-Yevlax" 10 məğlubiyyət, 3 bərabərliklə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti