"Bu "Qarabağ" istənilən nəticəni əldə edə bilər"

27 Mart 22:55 Premyerliqa 148
"Bu "Qarabağ" istənilən nəticəni əldə edə bilər"

Premyer Liqada sona 8 tur qalmış "Sabah" çempionluq mübarizəsində ciddi üstünlük yaxalayıb.

"Tələblər" əsas rəqibi "Qarabağ"ı 10 xal qabaqlayır.

Ağdam klubunun isə ehtiyatda "Neftçi" ilə görüşü var.

Hazırkı şərtlər altında "köhlən atlar" titulunu qoruya biləcəkmi, yoxsa indidən "Sabah"ı çempion kimi təbrik etmək olar?

"Qarabağ"ın veteran oyunçusu Vaqif Cavadov Sportinfo.az-a açıqlamasında bu suala cavab olaraq bunları deyib:

"Maraqlı rəqabət gedir. Düzdü, arada 10 xal fərq var. 3 oyunla hər şey dəyişə bilər. Bu "Qarabağ" istənilən nəticəni əldə edə bilər. Bilirik ki, bu komandanın potensialı böyükdür.

O ki qaldı "Sabah"a... Sonluğun necə olacağını gözləməli olacağıq. Psixoloji baxımdan komandanın çempionluğa nə qədər hazır olub-olmayacağı vacibdir.

Düzdü, Valdas Dambrauskas gördüyü işlərlə komandanı çempionluğa doğru aparır. Son dövrədə hər şey fərqli ola bilər. Əgər buna hazır olsalar, hətta aralarındakı oyunda "Qarabağ" məğlubiyyət belə nəyisə dəyişməyəcək.

Hazırda milli komandalara görə fasilə yaranıb. Fasilədən sonra da vəziyyət dəyişə bilər. Məsələn, "Sabah" yaxşı formada idi, amma məcburi fasilə mənfi təsir edə bilər. Əvəzində "Qarabağ"ın daha yaxşı qayıtmasını görə bilərik. Fasilənin necə təsir edəcəyi də qarşıdakı 8 tura ciddi təsir edəcək.

İstənilən halda hər iki kluba uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Son iki ayın da gərgin keçəcəyini deyə bilərəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti