"Karvan-Yevlax" sonuncu dəfə qələbəni ötən ilin avqust ayında yaşayıb.
Azər Həşimovun dövründə.
Artıq 13 turdu klubun başında Füzuli Məmmədovdur.
Sabiq "Neftçi"li üçün rəhbərlik tərəfindən mümkün bütün imkanlar yaradılıb, amma ortada nəticə yoxdur.
Kollektiv ən son doğma meydanda "Zirə"yə uduzdu - 0:1.
Yevlax şəhər stadionunda izlədiyim görüşdən sonra bir daha mənə aydın oldu ki, bu komandanın problemi baş məşqçidir.
Normal infrastruktur var, azarkeşlər pis gündə də tribunaları doldurur, heyətdə liqa səviyyəsində kifayət qədər normal əcnəbilər yer alır.
Amma ortada nəticə yoxdur.
Görünən odur ki, Məmmədovla bu iş getməyəcək.
Onsuz da mövsüm boşa verilib.
Yevlaxlıların liqanı tərk etməsi dəqiqdir, sadəcə rəsmiləşməsi qalır.
Bildiyim qədəri ilə klub rəhbərliyi aşağı liqada da yola hazırkı baş məşqçi ilə davam etmək istəyir.
Çox nahaq...
Hələ də gec deyil, "Karvan-Yevlax" uğur qazanmaq istəyirsə, mütləq yeni baş məşqçi axtarışına çıxmalıdır.
XANOĞLAN / SPORTİNFO.AZ

