Millinin məşqçisi Premyer Liqa klubundan təklif aldı

20 Mart 22:55 Premyerliqa 2 489
Millinin məşqçisi Premyer Liqa klubundan təklif aldı

U-21 millisinin məşqçisi Fərid Namazov Premyer Liqadan gələn təklifdən imtina edib.

"İmişli" gənc mütəxəssisi yenidən kluba qaytarmaq istəyib.

Ona Jorj Kaşkilyanın köməkçisi olmaq təklif edilib.

Amma Namazov bundan imtina edib.

O, hazırkı iş yerindən ayrılmaq fikrində olmadığını bildirib.

Namazov üçün aran təmsilçisi tanış ünvandır.

Bölgə klubu ötən mövsüm Birinci Liqada gümüş medal qazanıb, Premyer Liqaya vəsiqə qazananda baş məşqçi postunda Fərid Namazov idi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə